DÜNYA » HADİSƏLƏR
18 Noyabr 2019, 16:43 (GMT +4)

Hindistanda rusiyalı turist ölüb

Bakı, 18 noyabr, SalamNews. Hindistanın Qoa əyalətində rus turisti ölüb.
Bu barədə "NDTV" xəbər verir.

SalamNews RİA "Novosti"yə istinadən xəbər verir ki, mərhumun 64 yaşı olub.

Hadisə Arambol çimərliyində baş verib.

Bazar günü, 17 noyabrda onun həyat yoldaşı sahildə xilasedicilərə yaxınlaşaraq ərinin itkin düşdüyünü bildirib.

Axtarış başlayıb, turist dənizin sahil hissəsində huşsuz vəziyyətdə tapılıb. Onun öldüyü müəyyən edilib.

İlkin məlumatlara görə, o dənizdə boğulub.