DÜNYA » HADİSƏLƏR
19 Noyabr 2019, 11:26 (GMT +4)

İran-Türkiyə sərhədində zəlzələ baş verib

Bakı, 19 noyabr, SalamNews. İran və Türkiyə sərhədində 4.8 bal gücündə zəlzələ baş verib.

SalamNews-un RT-yə istinadla verdiyi xəbərə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri İranın Təbriz şəhərindən 169 km qərbdə və Türkiyənin Van şəhərindən 100 km şərqdə yerləşib. Yeraltı təkanlar 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilmir.