AZƏRBAYCAN » CƏMİYYƏT
19 Noyabr 2019, 13:21 (GMT +4)

Nazirlər Kabinetinin mətbuat katibi vəzifəsindən ayrılıb

Bakı, 19 noyabr, SalamNews.Nazirlər Kabinetinin mətbuat katibi Ayaz Mirzəyev istefa verib.

SalamNews xəbər verir ki, bu barədə A Mirzəyev özü bildirib:

“Bu gündən etibarən Nazirlər Kabineti Aparatında tutduğum mətbuat xidməti vəzifəsindən ayrıldım. Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm. Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəribaşdan uğurlar diləyirəm”