DÜNYA » SİYASƏT
20 Noyabr 2019, 16:15 (GMT +4)

Yəmənli uşaqları unutmamalıyıq - Real Madridin kapitanı

Bakı, 20 noyabr, SalamNews, B.Samid. Real Madrid futbol klubunun kapitanı ispaniyalı futbolçu Sergio Ramos yəmənlu uşaqları unutmamağa və onlara yardımı artırmağa çağırıb.

SalamNews xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu UNİCEF rəsmi twitter səhifəsində paylaşım edib.

Real Madrini kapitanı Sergio Ramos da UNİCEF-in yayımladığı videomüraciəti öz rəsmi səhifəsində paylaşıb.

UNİCEF-in səfiri S. Ramos dünya ictimaiyyətindən istəyib ki, yəmənli uşaqları unutmasınlar.

Qeyd edək ki, Sergio Ramos iki il öncə də Səudiyyə Ərəbistanı koalisiyasının mühasirəsində qalan bir neçə Yəmən əyalətlərində vəba xəstəliyinin uşaqlar arasında sürətlə yayılmasından xəbər vermiş və bu barədə həmrəyliyini nümayiş etdirmişdi.

UNİCEF-in məlumatına görə Yəməndə 8 milyondan çox uşaq humanitar yardımlardan asılı vəziyyətdədirlər.