DÜNYA » CƏMİYYƏT
22 Noyabr 2019, 10:46 (GMT +4)

ABŞ-da məktəb binasının altında 145 qəbir olan qəbiristanlıq tapılıb

Bakı, 22 noyabr, SalamNews. ABŞ Florida ştatı Tampa şəhərindəki "King High School" ərazisində, 145 qəbir olan qəbiristanlıq aşkar edilib. Bu barədə "Fox13" yazır.

SalamNews -un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, təhsil ocağının ərazisində qəbrlərin ola biləcəyi barədə xəbərlər oktyabr ayında çıxıb. Qəbirlər GPR sayəsində tapılıb.

Bir versiyaya görə, daha əvvəl məktəb binasının yerində yerli Afrika-Amerika icmasının nümayəndələri dəfn edilib. Son dəfn təqribən 75 il əvvəl baş tutub.

Burada 230 nəfərin dəfn oluna biləcəyi ehtimal edilir, onlardan 70-dən çoxu körpə və uşaqlardır.