DÜNYA » SİYASƏT
23 Noyabr 2019, 11:41 (GMT +4)

Rusiya Tokio və ABŞ arasındakı hərbi ittifaqla əlaqədar narahatlığını Yaponiyaya çatdırıb

Bakı, 23 noyabr, SalamNews. Rusiya Tokionun Vaşinqtonla hərbi ittifaqı ilə bağlı narahatlıqların Yaponiyaya çatdırıb.

SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Noqoyedə  jurnalistlərə açıqlamasında deyib.

"ABŞ ilə hərbi ittifaq, əlbəttə ki, Rusiya-Yaponiya münasibətlərinə yeni keyfiyyət verməkdə problem yaradır.  (...) Biz həm yapon həmkarlarımıza, həm Xarici İşlər Nazirliyi, həm də Təhlükəsizlik Şuramız vasitəsi ilə öz təhlükəsizliyimizlə əlaqədar narahatlıqların siyahısını təqdim etdik. Bu yapon-amerika hərbi-siyasi ittifaqının mövcudluğu, daimi inkişafı və möhkəmlənməsi ilə əlaqədar yaranan narahatlıqlardır", Lavrov deyib.

Lavrov Yaponiya tərəfinin bu narahatlıqlara cavab verəcəyini vəd etdiyini vurğulayıb:

"Biz onların cavabını gözləyib müzakirəni davam etdirəcəyik".