DÜNYA » SİYASƏT
25 Noyabr 2019, 10:16 (GMT +4)

Həbs edilmə təhlükəsilə üzləşən Netanyahu: İran bizə hücum etməyi planlaşdırır

Bakı, 25 noyabr, SalamNews, B.Samid. "İran İsrailə hücum etməyi planlaşdırır. Dünya dövlətlərini İrana qarşı təzyiqləri artırmağa və İsrailə dəstək olmağa çağırıram."

SalamNews xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu rəsmi twitter səhifəsi vasitəsilə verdiyi açıqlamada deyib.

İsrail Baş Prokurorluğu tərəfindən rəsmən ittihamlıandırılan və saxlanılması ehtimal edilən baş nazir son açıqlamasında bildirib ki, İran İsrailə hücum etməyi planlaşdırır.

O həmçinin bildirib ki, "ölkəsində öz xalqına qarşı amansız davranan İran hökuməti İsrailə də hücum edər."

Qeyd edək ki, son günlər İsrail Benyamin Netanyahu əleyhinə aksiyaların şahidi olub. Etirazçılar rüşvətxorluq, korrupsiya, dövlət əmlakını mənimsəmə və dələduzluqda rəsmən ittihamlandırılan Benyamin Netanyahunun istefasını tələb ediblər. Netanyahu bundan öncə bildirib ki, son ittihamlar ona qarşı çevriliş xarakteri daşıyır və buna görə istefa verməyəcək. Onun istefa verəcəyi və ya toxunulmazlığının götürüləcəyi təqdirdə dərhal həbs ediləcəyi gözlənilir.