DÜNYA » CƏMİYYƏT
25 Noyabr 2019, 16:12 (GMT +4)

Antalya bu il rekord sayda xarici turist qəbul edib

Bakı, 25 noyabr, SalamNews. Tarixdə ilk dəfə Türkiyənin Antalya bölgəsi 15,6 milyondan çox turist qəbul edib.

SalamNews bu barədə "Haberler" portalına istinadən məlumat verir.

Noyabrın 20-nə olan məlumata görə, Antalya hava limanı 14 milyon 612 min turistə, Gazipasa hava limanı 300.9 min  turistə xidmət göstərib.

Ümumilikdə beynəlxalq reyslərlə 14.9 milyondan çox insan gəlib. Antalya ilə birbaşa avia əlaqəsi olmayan ölkələrdən turistlər İstanbuldan keçərək tranzitlə gəlib, onların sayı 600 mini keçib.  Bundan əlavə 55 min turist kruiz layneri ilə gəlib.

Antalyaya ən çox Rusiyadan turist gəlib. 2019-cu il yanvarın 1-dən oktyabrın 31-dək vilayəti 5.4 milyon rus ziyarət edib, bu da keçən illə müqayisədə 16 faiz çoxdur.