DÜNYA » SİYASƏT
27 Noyabr 2019, 10:58 (GMT +4)

Səudiyyə Ərəbistanı husilərin 200 məhbus və əsirini azad edəcəyini bildirib

Bakı, 27 noyabr, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanın hərbi kaoalisiyası Yəmən paytaxtı və ətraf əyalətləri nəzarətdə saxlayan "Ənsarullah" hərəkatının 200 məhbus və əsirini azad edəcəyini bəyan edib.

SalamNews Səudiyyə Ərəbistanın KİV-nə istinadla xəbər verir ki, bunu Səudiyyənin hərbi koalisiyasının mətbuat katibi Türki əl-Maliki məlumat verib.

O bildirib ki, koalisiya bu addımı Yəməndə sülh istiqamətində danışıqlara və münaqişənin həll olmasına təkan məqsədilə atır.

Lakin husi mənbələri vəd edilən əsirlərin azad edilməsi addımınını hələ atılmadığını bildiriblər.

Qeyd edək ki, tərəflər İsveçdə əldə edilən razılaşmaya əsasən əsirlərin mübadiləsini həyata keçirməli idilər.