AZƏRBAYCAN » İQTİSADİYYAT
28 Noyabr 2019, 14:48 (GMT +4)

ARPA sədri Günay Şahbazova KOBİA tərəfindən təltif edilib

Bakı, 28 noyabr, SalamNews. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında İctimai Şuranın birillik fəaliyyətinə və 2020-ci ildə planlaşdırılan tədbirlərinə dair iclas keçirilib.

SalamNews xəbər verir ki, tədbirdə Azərbaycanda Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) sədri Günay Şahbazova, KOBİA-nın nümayəndələri, Agentlik yanında İctimai Şuraya daxil olan 14 qeyri-hökumət təşkilatı və assosiasiya rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iclasın məqsədinin İctimai Şuranın 1 illik fəaliyyətinə dair hesabatı dinləmək, növbəti il üçün şuranın planları barədə müzakirələr aparmaq, İctimai Şuranın KOBİA-dan olan gözləntilərini və təkliflərini öyrənmək olduğunu qeyd edib.

Sonda İctimai Şuranın fəaliyyətindəki aktiv iştirakına görə şura üzvlərinə həmçinin ARPA sədri Günay Şahbazovaya təşəkkürnamə verilib.

Məlumat üçün bildirək ki, ARPA artıq 1 ildir ki, İctimai Şuranın üzvüdür.