DÜNYA » SİYASƏT
02 Dekabr 2019, 11:15 (GMT +4)

Ağ Ev impiçment dinləmələrini iqnor edəcək

Bakı, 2 dekabr, SalamNews. Ağ Ev ABŞ Nümayəndələr Palatasının Məhkəmə Komitəsi ABŞ rəsmilərinin impiçment işi üzrə məhkəmə iclaslarında iştirak etməyəcəyi barədə məlumat verib.

Ağ Ev komitənin rəhbəri Jerrold Nadlerə məktub göndərib və ABŞ administrasiyası  nümayəndələrinin 4 dekabr tarixinə təyin olunan ilk impiçment dinləmələrində iştirak etməyəcəyi barədə xəbərdarlıq verib.

SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, məktubda qeyd olunur ki, demokratlar ABŞ prezidenti Donald Trampa qarşı qərəzli münasibət bəsləyir və bu baxımdan prosesdə hər hansı bir şəffaflıqdan söhbət gedə bilməz.

"Şahidlərin adları hələ açıqlanmayıb və komitənin istintaqının ədalətli olub-olmadığı məlum deyil. Belə şəraitdə Ağ Ev dinləmələrdə iştirak etmək niyyətində deyil”, məlumatda bildirilir.