DÜNYA » SİYASƏT
03 Dekabr 2019, 11:05 (GMT +4)

Kərbəla və Nəcəfdə əhali təhlükəsizlik məqsədilə yerli komitələr yaradıblar (VİDEO)

Bakı, 3 dekabr, SalamNews, B.Samid. İraqda etirazlar və iğtişaşlar fonunda Nəcəf, Kərbəla və Nasiriyyə şəhərlərində təhlükəsizlik qüvvələrindən əlavə yerli komitələr faəliyyətə başlayıb.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, bu barədə Kərbəla və Nəcəf şəhərində yerli mənbələr məlumat veriblər.

Bildirilib ki, Kərbəla və Nəcəf şəhərlərində əhali tərəfindən yerli komitələr yaradılıb.

Yerli komitələr təhlükəsizlik qüvvələri ilə yanaşı iğtişaşların baş verməsinə qarşı fəaliyyət göstərəcək.

Qeyd edək ki, son iki ayda İraqda baş verən aksiyalar toqquşmalar və iğtişaşlarla nəticələnib. Baş nazir Adil Əbdül-Mehdi istefa verib.