AZƏRBAYCAN » İQTİSADİYYAT
03 Dekabr 2019, 17:03 (GMT +4)

KOBİA “AzerTelecom”la əməkdaşlıq edəcək

Bakı, 3 dekabr, SalamNews.Dekabrın 3-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə “AzerTelecom” arasında kiçik və orta biznesə dəstək məqsədilə niyyət protokolu imzalanıb.

SalamNews xəbər verir ki, sənədi KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və “AzerTelecom” şirkətinin baş direktoru Fuad Allahverdiyev imzalayıblar. Sənəddə KOB-lara dəstək məqsədilə birgə əməkdaşlıq və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sənəd Bakı Ekspo Mərkəzində açılan 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisi çərçivəsində imzalanıb.

Qeyd edək ki, “Bakutel” sərgisində KOBİA ilk dəfə “KOB virtual müəssisə”ni təqdim edir.