DÜNYA » SİYASƏT
05 Dekabr 2019, 11:55 (GMT +4)

Pentaqon Yaxın Şərqə 14 min hərbçi göndərmək xəbərinə münasibət bildirib

Bakı, 5 dekabr, SalamNews, B.Samid. Pentaqon Yaxın Şərqə 14 min hərbçi göndərmək xəbərini təkzib edib.

SalamNews xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Elisa Farah rəsmi twitter səhifəsində məlumat verib.

ABŞ rəsmisi bildirib ki, ABŞ-ın Yaxın Şərqə 14 min hərb qüvvə göndərməsi xəbəri əsassızdır.

Qeyd edək ki, bundan öncə "The Wall Street Journal" iddia edib ki, "ABŞ Yaxın Şərqə İranın təhdidlərinin qarşısını almaq üçün əlavə olaraq 14 min hərbi qüvvə göndərəcək."