DÜNYA » SİYASƏT
05 Dekabr 2019, 16:57 (GMT +4)

Parisdə "sarı jiletlilər"in yürüşü başlayıb

Bakı, 5 dekabr, SalamNews. Parisin mərkəzində "Sarı jiletlilər" hərəkətinın növbəti aksiyası başlayıb.

SalamNews RİA Novosti-yə istinadən xəbər verir.

Klişi meydanına toplaşan onlarla fəal paytaxtın şərqindəki Klişi bulvarı boyunca yürüşə başlayıblar. Etirazçıların sözlərinə görə, saat 14.00-a qədər onlar "Şərq" stansiyasına çatmaq niyyətindədirlər.

Yürüş polislərin mühafizəsi altında keçirilir, ancaq onlar etirazçılara müdaxilə etmirlər.