DÜNYA » CƏMİYYƏT
05 Dekabr 2019, 17:44 (GMT +4)

Kembricdə ekoloji cəhətdən təmiz materiallardan məscid inşa edilib

Bakı, 5 dekabr, SalamNews. İngiltərədə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kembricdəki  Mərkəzi Məscidin açılış mərasimində iştirak edib.

SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu məscid  Avropada ekoloji təmiz materiallardan istifadə edilərək tikilən ilk dini müəssisədir.

Məscidin inşaat layihəsi 2008-ci ildə hazırlanıb. Bundan əvvəl Kembricdə kilsələrdə və fərdi evlərdə yerləşən dörd məscid olub.

Bu səbəbdən Kembricdəki müsəlman tələbələr universitetin nəzdindəki İslam Kollecinin dekanı Tomoti Uinterə müraciət edir.

Uinter  17 yaşında İslam dinini qəbul edərək özünə Abdulkarim Murad adını götürüb.

Məscid inşaat layihəsi onun rəhbərliyi altında həyata keçirilib, ilk addım torpaq sahəsinin alınması ilə başlayıb.

Məscidin inşasına 10 mindən çox xeyriyyəçi və təşkilat maliyyə yardımı göstərib, lakin layihəyə ən böyük dəstək türk təşkilatları tərəfindən gəlib. Layihəni dəstəkləyən təşkilatlar arasında Qətər  Milli Fondu da var idi.

Layihə hazırlanarkən əsas diqqət İslam incəsənəti və estetika, Məhəmməd peyğəmbərin həyat tərzi və ətraf mühitin qorunmasına yönəldilib.