DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 10:14 (GMT +4)

Liviya ilə memorandum Ankaranın Aralıq dənizində atdığı vacib addımdır - TBMM sədri

Bakı, 7 dekabr, SalamNewsTürkiyə ilə Liviya arasında dəniz hüququnun məhdudlaşdırılmasına dair memorandum Ankara üçün Şərqi Aralıq dənizində strateji bir addımdır. SalamNews xəbər verir ki, bunu Türkiyə Parlamentinin spikeri Mustafa Şentop bildirib.

Onun sözlərinə görə, imzalanan memorandum Yunanıstanın beynəlxalq hüquqa zidd olan bir çox planlarını pozacaq.

Şentop bildirib ki, Türkiyə parlamenti noyabrın 27-də Türkiyə ilə Liviya hökuməti arasında imzalanmış təhlükəsizlik və hərbi əməkdaşlıq və dənizdə yurisdiksiyanın məhdudlaşdırılması ilə bağlı anlaşma memorandumlarını ratifikasiya edib.

“Biz memorandumu BMT-yə təqdim edəcəyik və beynəlxalq hüquqa uyğun olduğunu bəyan edəcəyik. İki ölkə arasında razılıq əldə edildi. Bu, Şərqi Aralıq dənizindəki vəziyyətin hüquqi baxımdan həllinə kömək edəcək vacib bir addımdır. Bu addım eyni zamanda bölgədəki beynəlxalq hüququ pozma cəhdlərinin qarşısını alacaq", o deyib.