DÜNYA » SİYASƏT
07 Dekabr 2019, 11:03 (GMT +4)

Florida aviabazasında atəş açan şəxs Səudiyyə Ərəbistanı Hava Qüvvələrinin hərbçisi olub

Bakı, 7 dekabr, SalamNews. ABŞ Hərbi Dəniz Qüvvələrinin Pensakoladakı hərbi bazasında həbçilərə atəş açan Səudiyyə hava qüvvələrinin hərbçisi olub. SalamNews xəbər verir ki, bunu ABŞ-ın Florida ştatının qubernatoru Ron Desantis "ABC"yə açıqlamasında deyib.

Məlumata əsasən, hərbçi ABŞ-da təlim keçirmiş. Müstəntiqlər hadisənin terror hadisəsi olub-olmadığını müəyyənləşdirirlər.

Son məlumatlara görə, Pensakola bazasında hərbçinin açdığı atəş nəticəsində 4 nəfər ölüb.