AZƏRBAYCAN » MEDİA
09 Dekabr 2019, 12:38 (GMT +4)

"Selector" radio verilişi yenidən efirə buraxılır

Bakı, 9 dekabr, SalamNews. Birləşmiş Krallığın bir çox mükafatlara layiq görülmüş "Selector" verilişi geri qayıdır.

14 dekabr 2019-cu il tarixindən başlayaraq ayda iki dəfə şənbə günləri saat 21:00-da ASAN Radio 100FMdə yenidən yayımlanacaq. Veriliş 2017-ci ildə böyük uğur qazanmış birinci mövsümündən sonra yenidən efirə buraxılır.

Dünyada 30-dan çox ölkədə yayımlanan Selector Birləşmiş Krallığın musiqi səhnəsində hazırda insanlara zövq verən hər şeyi qlobal auditoriyaya çatdırır. Biz sizi yeni səhnəyə çıxan ən yaxşı istedadları dinləmək üçün Birləşmiş Krallığın Bristol, Belfast, Kardiff və Qlazqo kimi şəhərlərinə virtual səyahətə aparacağıq. Biz hər həftə caz, qrim, indi və ya elektronika, yaxud bu janrların birləşdiyi musiqilərin bir araya gəldiyi, sözün əsl mənasında, eklektik musiqi siyahısı ilə sizə Birləşmiş Krallığın musiqi dünyasının aparıcı sənətkarları və səsyazma studiyalarını təqdim edəcəyik. Selector radiosu British Council üçün Folded Wing şirkəti tərəfindən hazırlanıb.

JAMZ SUPERNOVA-nın təqdimatında iki həftədən bir efirə çıxan iki saatlıq verilişdə yeni və maraqlı olan istənilən qrupun və sənətkarın istənilən janrdan olan musiqiləri səsləndirilir.

Selector ifa edəcək və müsahibə alınacaq sənətkarları onların nə dərəcədə məşhur və ya tanınmış olmasından asılı olmayaraq, sadəcə Britaniyanın yeni musiqilərini təqdim etmək məqsədilə seçir. Veriliş sahənin ad qazanmış musiqiçilərinə hər hansı şəkildə üstünlük vermir və səsyazma şirkətlərini, yaxud radio-reklam şirkətlərini razı salmaq kimi bir öhdəlik daşmır.

Bütün dünyada musiqi səhnəsində baş verənlər haqqında söhbətlərə qoşulmaq üçün Selector radiosunu və ya #selectorradio heşteqini izləyin. Yalnız Birləşmiş Krallığın deyil, dünyanın hər yerindən olan ən yaxşı musiqiləri eşitmək üçün efirdə qalın.

Daha çox məlumat üçün: https://www.britishcouncil.az/programmes/arts/selector