DÜNYA » SİYASƏT
10 Dekabr 2019, 09:15 (GMT +4)

"Norman dördlüyü" liderləri Parisdə bir araya gəlib

Bakı, 10 dekabr, SalamNews. Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron, Almaniyanın Federal Kansleri Angela Merkel və Ukrayna Prezidenti Vladimir Zelenski Yelisey Sarayında görüş keçirib.

SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, sarayın girişində liderləri Fransa Prezidenti Emmanuel Makron qarşılayıb.

Rusiya, Fransa, Almaniya və Ukrayna liderləri Ukraynanın şərqindəki münaqişənin həllini təmin edəcək addımları müzakirə ediblər.

Zirvə görüşündən sonra kommünike qəbul edilib və Fransa, Almaniya, Ukrayna və Rusiya liderlərinin ortaq mətbuat konfransı keçirilib.

Bu, Ukrayna və Rusiya prezidentləri Vladimir Zelenski və Vladimir Putinin iştirakı ilə ilk rəsmi tədbirdir. Görüş çərçivəsində Putin və Zelenski ikitərəfli danışıqlar aparıb.