AZƏRBAYCAN » HADİSƏLƏR
10 Dekabr 2019, 11:04 (GMT +4)

Bakı bazarındakı yanğının söndürülməsi üçün FHN helikopterləri və Be-200 amfibiya təyyarələri cəlb edilib 

Bakı, 10 dekabr, SalamNews.Fövqəladə Hallar Nazirliyi “EuroHome”dakı yanğını söndürmək üçün helikopterlərlə yanaşı, havaya təyyarə də qaldırıb.

SalamNews xəbər verir ki, FHN-in Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi helikopterlərlə birgə alovu söndürməyə çalışır.

Tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.