AZƏRBAYCAN » SİYASƏT
10 Dekabr 2019, 15:25 (GMT +4)

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

Bakı, 10 dekabr, SalamNews. Dekabrın 10-da təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İordaniya Haşimilər Krallığının Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseyn ilə işçi nahar edib.