DÜNYA » SİYASƏT
11 Dekabr 2019, 17:15 (GMT +4)

Nobel mükafatı mənasını itirdi - Ərdoğan

Bakı, 11 dekabr, SalamNews. Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğan, Nobel Komitəsinin Srebrenitsadakı soyqırımı inkar edən və Serbiyanın sabiq prezidenti Slobodan Miloşeviçə heyranlığı ilə tanınan məşhur avstriyalı yazıçı və dramaturq Peter Handkaya ədəbiyyat mükafatı verilməsi qərarını yenidən pisləyib.

SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, prezident, Nobel Komitəsinə qarşı Ankaranın tənqidini dəstəkləyən bütün siyasi liderlərə öz adından və türk xalqının adından təşəkkür edib.

“Nobel mükafatı öz mənasını itirdi. Bu artıq kimya alimi Əziz Sancar və ya yazıçı Orhan Pamuka verilən Nobel mükafatı deyil. Heç kəsi bununla çaşdıra bilməzsiniz", Ərdoğan deyib.

Prezident Peter Handkenin "vampir" adlandırıla bilən ziyalı təbəqəsinin tipik nümayəndəsi olduğunu bildirib.