DÜNYA » SİYASƏT
12 Dekabr 2019, 11:21 (GMT +4)

Tramp ABŞ və dünyada antisemitizmlə mübarizə üçün bir fərman imzalayıb

Bakı, 12 dekabr, SalamNews. ABŞ Prezidenti Donald Tramp, ABŞ-da və dünyada baş verən antisemitizm və onun əsasında baş verən hadisələrlə mübarizə üçün fərman imzalayıb.

SalamNews  xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Amerika tərəfinin ABŞ-da və dünyada dözümsüzlüklə mübarizə aparacağı planlaşdırılır. Əsasən, hökumət irqi ayrıseçkiliklə bağlı vətəndaş hüquqlarının həyata keçirilməsinə nəzarət edəcəkdir.
ABŞ dini etiqad azadlığını və antisemitizmə qarşı mübarizəni xarici siyasətinin prioriteti hesab edir.