RUSİYA » SİYASƏT
12 Dekabr 2019, 17:33 (GMT +4)

Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

Bakı, 12 dekabr, SalamNews. ABŞ Konqres komitəsinin Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiyaları dəstəkləməsi Ankaraya edilən təzyiqlərin daha bir nümunəsidir.

SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Biz bu mübahisəni yolverilməz hesab edirik, çünki burada artıq təzyiqdən söhbət gedir.  Vaşinqtonun yalnız Türkiyəyə deyil, yalnız S-400-ə deyil bir sıra digər dövlətlərə də oxşar təzyiqlərinin şahidi oluruq", Zaxarova bildirib.

Qeyd edək ki, Türkiyə XİN də sanksiyalara dair qətnamə layihəsinin Senatın Xarici Əlaqələr Komitəsində təsdiqlənməsini pisləyib.