DÜNYA » SİYASƏT
13 Dekabr 2019, 15:02 (GMT +4)

Suriyanın cənubunda terrorçuların quraşdırdığı mina partlayıb, 4 uşaq həlak olub

Bakı, 13 dekabr, SalamNews, B.Samid. Suriyanın Dəra əyalətində vaxtilə qruplaşmaların nəzarətində olmuş Nasib qəsəbəsində quraşdırılmış mina işə düşüb. Ölənlər var.

SalamNews SANA-a istinadla xəbər verir ki, Nasib qəsəbəsində vaxtilə terror qruplaşmalarının quraşdırdığı bir mina işə düşüb.

Ərazidə oynayan 13-14 yaşında 4 uşaq həlak olub və daha 4-ü yaralanıb.

Yaralanan uşaqlardan ikisinin vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, İordaniya ilə həmsərhəd olan Dəra əyaləti 2018-ci ilin əvvəli tam olaraq radikal qruplaşmalardan azad edilib. Bu bölgənin azad edilməsindən sonra İordanıyadan ölkəyə dönən qaçqınların sayı artıb.