DÜNYA » HADİSƏLƏR
13 Dekabr 2019, 15:13 (GMT +4)

Almaniyada yaşayış binasında baş verən partlayışda 25 nəfər yaralanıb

Bakı, 13 dekabr, SalamNews. Blankenburqda, Bertold Brext küçəsindəki beşmərtəbəli yaşayış binasında güclü partlayış baş verib. Bu barədə Magdeburq polisi məlumat yayıb.

SalamNews -un "İnterfaks"a istinadla verdiyi xəbərə görə, partlayışda  azı 25 nəfər xəsarət alıb.

Evdəki sakinlər təxliyə edilib, bina mühasirəyə alınıb. 

Yaxınlıqdakı evlərdən də evakuasiya işləri aparılır.