DÜNYA » SİYASƏT
14 Dekabr 2019, 10:16 (GMT +4)

Türkiyə Parlamenti ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsini pisləyib

Bakı, 14 dekabr, SalamNewsTürkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan beş fraksiya, ABŞ Senatı tərəfindən 1915-ci il hadisələrini "erməni soyqırımı" kimi tanıyan qətnamənin qəbul edilməsini pisləyən ortaq bəyanat yayıb.

SalamNews xəbər verir ki, Hakim Ədalət və İnkişaf Partiyasının (RPS), eləcə də CHP (Cümhuriyyət Xalq Partiyası), HDP (Xalq Demokratik Partiyası), MHP (Milliyətçi Hərəkat Partiyası ) və İYİ Parti nümayəndələri sənədi imzalayıblar.

"Türkiyə Böyük Millət Məclisi, ABŞ Senatının qondarma "erməni soyqırımı" ilə əlaqədar qəbul etdiyi qətnaməni qəti şəkildə rədd edir, bu sənəd tarixi həqiqətləri təhrif edir və beynəlxalq hüququn əsas normalarını pozur", sənəddə deyilir.

Sənəddə "qətnamənin heç bir hüquqi qüvvəsi olmadığı" və "çirkli oyunun bir hissəsi olduğu" vurğulanır.