DÜNYA » SİYASƏT
14 Dekabr 2019, 10:42 (GMT +4)

ABŞ səfiri Türkiyə XİN çağırılıb

Bakı, 14 dekabr, SalamNews. ABŞ-ın Ankaradakı səfiri David Satterfild Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirinin müavini Sedat Önal diplomatla görüşərək ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qərarlı ilə əlaqədar rəsmi Ankaranın narazılığını Amerika tərəfinə çatdırıb.

Ötən  gün ABŞ-ın Ankaradakı səfirliyi "Anadolu"ya açıqlamasında 1915-ci il hadisələri ilə əlaqədar Vaşinqtonun rəsmi mövqeyinin dəyişməz qaldığını bildirib.

"ABŞ hökumətinin rəsmi mövqeyi Ağ Ev rəhbərinin bu ilin aprelində səsləndirdiyi bəyanatlara uyğundur", - diplomatik nümayəndəliyin açıqlamasıdna deyilir.