DÜNYA » HADİSƏLƏR
14 Dekabr 2019, 12:57 (GMT +4)

Vanuatu sahillərində 5.9 bal gücündə zəlzələ baş verib

Bakı, 14 dekabr, SalamNewsSakit okeanda Vanuatu Respublikasının sahillərində 5.9 bal gücündə zəlzələ baş verib.

SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələ 04:57-də qeydə alınıb. Zəlzələnin episentri Sola şəhərindən 49 kilometr məsafədə yerləşib. Yeraltı təkanlar 10 kilometr dərinlikdə qeydə alınıb.

Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilmir.