DÜNYA » SİYASƏT
16 Dekabr 2019, 13:17 (GMT +4)

Braziliya İsraildəki səfirliyi Qüdsə köçürəcək

Bakı, 16 dekabr,SalamNews. Braziliya hökuməti İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürmək niyyətindədir. SalamNews RİA Novosti-yə istinadla xəbər verir ki, Braziliya prezidentinin oğlu Jair Bolsonar Eduardo deyib.

"Atamın dediyi kimi, verilən vəd qüvvədədir. O, səfirliyi Qüdsə köçürəcək. Bu adi bir şey deyil. Bu məntiqli və normal bir addımdır. Qüdsə köçmək, bununla da xüsusən də Latın Amerikasına nümunə göstərmək istəyirik", o deyib.

Seçki kampaniyası zamanı Jair Bolsonaru səfirliyi Qüdsə köçürməyə söz vermişdi, lakin sonradan bu niyyətindən çəkinib.