DÜNYA » SİYASƏT
17 Dekabr 2019, 12:24 (GMT +4)

Pakistanın sabiq prezidenti general Pərviz Müşərrəf edama məhkum edilib

Bakı, 17 dekabr, SalamNews, B.Samid. Pakistanın sabiq prezidenti general Pərviz Müşərrəf xəyanət ittihamı ilə edama məhkum edilib.

SalamNews RT-ə istinadla xəbər verir ki, Pakistan Məhkəməsi bu gün Pərviz Müşərrəf barədə edam hökmü çıxarıb.

Hökm Pişəvər Ali Məhkəməsinin rəhbəri Vakar Əhməd Sethin sədrliyi ilə üç hakimdən ibarət hakimlər kollegiyası tərəfindən verilib. 

Qeyd edək ki, sabiq prezidentin mühakiməsinə 2014-cü ildən start verilib.

O əsasən 2007 -ci ildə ölkədə fövqəladə vəziyyətin elan edilməsi və konstitusiya qanunlarının icrasının dayandırılması yolu ilə prezidentlik dövrününü artırılması məsələsində ittiham edilirdi.

Bildirək ki, Pərviz Müşərrəf 1999-cu ildə hərbi çevriliş yolu ilə hakimiyyətə gəlib. General Müşərrəf 2008-ci ildə hüquqşünaslar, vəkillər və hakimlərin kütləvi etirazlarından sonra hakimiyyətdən getməyə razılıq verib.