DÜNYA » HADİSƏLƏR
20 Dekabr 2019, 12:40 (GMT +4)

Hindistanda kütləvi etiraz aksiyalarında üç nəfər ölüb

Bakı, 19 dekabr, SalamNews. Hindistanın cənubunda vətəndaşlıq qanununun yeni versiyasının  qəbul edilməsinə qarşı kütləvi etirazlar zamanı azı üç nəfər ölüb.

Ölüm hadisələrindən ikisi Manqalor, biri isə Lakxnauda qeydə alınıb.

Yerli KİV-lər polis qaynaqlarına istinadən xəbər verir ki, Lakxnauda ölən şəxs güllə yarasından xəsarət alaraq dünyasını dəyişib.

Məlumata əsasən, bu gün polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edərək etiraz aksiyalarını dağıtmağa çalışıb. Kütləyə kimin atəş açdığı müəyyən edilməyib.