MDB ÖLKƏLƏRİ » HADİSƏLƏR
27 Dekabr 2019, 12:47 (GMT +4)

Qazaxıstanda ümummilli matəm elan olunub

Bakı, 27 dekabr, SalamNews. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Almatı bölgəsində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən 15 nəfərin xatirəsinə hörmət əlaməti olaraq 28 dekabr tarixini ümummilli matəm günü elan edib.

SalamNews -un RT-yə istinadla verdiyi xəbərə görə, bu barədə dövlət başçısının mətbuat katibi Berik Kurmanqalı açıqlama verib.

"Tokayev 28 dekabr tarixini Almatı yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində  insanların həlak olması ilə əlaqədar ümummilli matəm günü elan edib", o deyib.

"Bek Air" havayolu şirkətinə məxsus "Fokker-100" təyyarəsi Almatı hava limanından havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Təyyarə beton maneəyə çırpılıb, daha sonra ikimərtəbəli bina ilə toqquşub. Təyyarədə 95 sərnişinin və 5 heyət üzvü olub.

Qəza nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəstəxanaya yerləşdirilib, 60 nəfər sağ qalıb.