AZƏRBAYCAN » İQTİSADİYYAT
27 Dekabr 2019, 15:10 (GMT +4)

“Qala Həyat” və “Qala Sığorta” daha bir sosial layihəyə dəstək olub

Bakı, 27 dekabr, SalamNews. Azərbaycanın aparıcı sığorta şirkətləri olan “Qala Həyat” və “Qala Sığorta” daha bir sosial layihəyə qatılıb.

Belə ki, hər iki şirkət Azərbaycanda təbii şokolad istehsalçısı olan “Enjoy Chocolates”ın müştərisi olaraq onların sosial sahibkarlıq layihəsinə dəstək olub.

Qeyd edək ki, “Enjoy Chocolates” sosial sahibkarlıq layihəsidir və şokoladların satışından əldə olunan bütün gəlirləri United Aid For Azerbaijan (UAFA) təşkilatının xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərdiyi sosial xidmətlərə yönləndirilir.