DÜNYA » SİYASƏT
06 Yanvar 2020, 13:33 (GMT +4)

Pakistan və Yəməndə Qasim Süleymaniyə görə izdihamlı mitinqlər keçirilib (FOTO)

Bakı, 6 yanvar, SalamNews, B.Samid. Bu gün İrandan əlavə Pakistanın, Livan və Yəmənin bır sıra şəhərləri də Qasim Süleymaninin ABŞ tərəfindən terrora məruz qalmasına etiraz əlaməti olaraq kütləvi aksiyalar və mitinqlərin şahidi olub.

SalamNews əl-Məsira telekanalına istinadla xəbər verir ki, Yəmənin Səda şəhəri bu gün ABŞ-a qarşı izdihamlı etiraz aksiyalarının şahidi olub.

Pakistanın Kəraçi, Lahur, İslamabad və sair şəhərlərində böyük kütlələr Qasim Süleymaninin terror edilməsinə görə ABŞ-a qarşı mitinqlərə qatılıblar.

Livanın paytaxtı və cənub şəhərləri də ABŞ-a qarşı etiraz aksiyalarının şahidi olub.

Ötən gün İstanbul və London da daxil olmaqla bir sıra Avropa şəhərlərində aksiyalar keçirilib və general Qasim Süleymani anılıb.