DÜNYA » SİYASƏT
07 Yanvar 2020, 09:12 (GMT +4)

Qasim Süleymaninin nəşi Qumda vida mərasimindən sonra Kermana aparılıb (FOTO)

Bakı, 7 yanvar, SalamNews, B.Samid. İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun ABŞ tərəfindən terrora məruz qalan komandanı general Qasim Süleymaninin cənazəsi Tehrandan sonra Quma aparılıb və burada şəhidin cənazəsilə izdihamlı vida mərasimi keçirilib.

SalamNews əl-Aləmə istinadla xəbər verir ki, İranın Əhvaz, Məşhəd, Tehran şəhərlərindən sonra Qumda da Qasim Süleymaninin nəşi ilə vida mərasimi keçilib.

Qum şəhərində böyük izdiham generalın cənazəsini həzrət Məsumə xanımın məqbərəsindən Cəmkəran məscidinə qədər müşayiət ediblər.

Cənazə mərasiminə qatılanlar ABŞ-dan intiqamın alınmasını tələb ediblər.

Qasim Süleymaninin nəşi daha sonra vətəni Kermana aparılıb. Bu gün Kermanda generalın cənazəsi dəfn ediləcək.