DÜNYA » HADİSƏLƏR
07 Yanvar 2020, 14:35 (GMT +4)

Qasim Süleymaninin cənazə mərasimi zamanı izdiham nəticəsində 35 nəfər həyatını itirib

Bakı, 7 yanvar, SalamNews, B.Samid. Kermanda Qasim Süleymaninin cənazə mərasimi zamanı 35 nəfər həyatını itirib.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bu barədə Kerman əyalətinin səhiyyə mənbələri məlumat veriblər.

Bildirilib ki, cənazə mərasimində izdiham nəticəsində 35 nəfər həyatını itirib və daha 48 nəfər yaralanıb.

İranın Təcili Tibbi Yardım Təşkilatının sədri Pir-Hüseyn Kulivənd EvroNews-a verdiyi açıqlamada məlumatı təsdiqləyib.

Səhiyyə mənbələri yaralıların xəstəxanalara çatdırıldığını və əlavə tədbirlər gördüklərini bildiriblər.

Məlumata görə dəfn mərasimi bir neçə saat təxirə düşüb.