AZƏRBAYCAN » CƏMİYYƏT
07 Yanvar 2020, 16:37 (GMT +4)

Bakı DYP-nin rəisi vəzifəsindən azad olunub

Bakı, 7 yanvar, SalamNewsBakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi, polis polkovniki Nüşrəvan Səfərov vəzifəsindən azad olunub.

SalamNews-un əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, N.Səfərov son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.