DÜNYA » SİYASƏT
08 Yanvar 2020, 10:14 (GMT +4)

Qasim Süleymaninin nəşi ABŞ qərargahlarına hücumla eyni zamanda dəfn edilib (FOTO)

Bakı, 8 yanvar, SalamNews, B.Samid. İranın İslam İnqilabının Keşikçilər Ordusu Qüds Korpusunun ABŞ tərəfindən terrora məruz qalan komandanı general Qasim Süleymani dəfn edilib.

SalamNews İran mətbuatına istinadla xəbər verir ki, Qasim Süleymaninin dəfni ötən gün izdiham səbəbindən təxirə düşsə də bu gün sübh Kermanda dəfn edilib.

Ötən həftənin cümə günü terrora məruz qalan Süleymaninin nəşi ilə Kərbəla, Kazimyen, Əhvaz, Məşhəd, Tehran və Qumda vida mərasimi keçirilib və sonda Kermana aparılıb.

Kermanda böyük izdiham səbəbindən onlarla şəxs həyatını itirib və dəfn təxirə düşüb.

Dəfn Sepah-ın ABŞ qərargahlarına ballistik hücumla eyni zamanda həyata keçirilib.