DÜNYA » SİYASƏT
09 Yanvar 2020, 16:20 (GMT +4)

Çavuşoğlu Bağdadda İraqın prezidenti və baş naziri ilə görüşüb

Bakı, 9 yanvar, SalamNews. B.Samid. Türkiyənin xarici işlər naziri Çavuşoğlu ABŞ-İran qarşıdurması fonunda Bağdadda İraq prezidenti və baş naziri ilə görüşüb.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bağdadda İraq prezidenti Bərhəm Saleh, ölkənin müvəqqəti baş naziri Adil Əbdül-Mehdi və parlamentin sədri Məhəmməd əl-Halbusi ilə görüşüb.

İraq rəsmi mənbələrinin məlumatına görə Türkiyə tərəfi İraq-ABŞ qarşıdurmasının azaldılması , İraqda gərginliyin aradan qaldırılması üçün tərəflərlə danışıqlar aparıb.

Bir günlük səfərin sonunda İraq və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə mətbuat konfransının keçiriləcəyi gözlənilir.