DÜNYA » SİYASƏT
10 Yanvar 2020, 11:50 (GMT +4)

Pompeo Süleymaninin planlaşdırılan hücumu ilə bağlı dəqiq məlumatların olmadığını etiraf edib

Bakı, 10 yanvar, SalamNews. ABŞ Dövlət Katibi Mayk Pompeo "Fox News"a verdiyi müsahibədə, Vaşinqtonun İraq generalı Qasim Süleymaninin İraqda öldürülməsi üçün əməliyyat keçirməyə qərar verərkən onun Amerikan hədəflərinə mümkün hücumunun yeri və vaxtı haqqında dəqiq bir məlumat olmadığını etiraf edib.

“Şübhə yoxdur ki, Qasim Süleymani bir sıra hücumlar planlaşdırıb. Dəqiq bilmirik və harada olduğunu da bilmirik. Ancaq bu, həqiqət idi", Pompeo bildirib.

SalamNews RT-yə istinadla xəbər verir ki, Pompeo belə bir hücumun mümkün olduğunu bildirib və ABŞ prezidenti Donald Trampın “düzgün qərar” qəbul etdyini  vurğulayıb.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası Trampın İranla müharibə etmək səlahiyyətini məhdudlaşdıran qətnamə qəbul edib.