DÜNYA » SİYASƏT
10 Yanvar 2020, 13:52 (GMT +4)

ABŞ, Kanada və fransalı mütəxəssislər Ukrayna təyyarəsinə görə Tehrana yollanıblar

Bakı, 10 yanvar, SalamNews, B.Samid. İranın dəvətindən sonra amerikalı, Fransa və kanadalı mütəxəssislər qəzaya uğramış Boeing təyyaəsinə görə Tehrana yollanıblar.

SalamNews İRNA-a istinadla xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Şirkəti mənbələri məlumat veriblər.

Bildirilib ki, İranın dəvətindən sonra Ukrayna sərnişin təyyarəsinin düşmə səbəblərini araşdırmaq məqsədilə Amerika, Fransa və Kanada rəsmi mütəxəssisləri Tehrana yollanıblar.

Onlar iki gün öncə Tehran səmasında qəzaya uğrayan Ukrayna hava yollarına məxsus Boeing 737 təyyarəsilə bağlı araşdırmalara və toplantılara qatılacaqlar.

Qeyd edək ki, bir sıra qərb rəsmiləri iki gün öncə qəzaya uğrayan təyyarənin İranın havadan müdafiəsi tərəfindən səhvən vurulduğu iddiasını irəli sürüblər.