RUSİYA » SİYASƏT
13 Yanvar 2020, 14:45 (GMT +4)

Moskvada Liviyaya dair Rusiya-Türkiyə danışıqları başlayıb

Bakı, 13 yanvar, SalamNews. Rusiya Xarici İşlər Nazirliyinin Qəbul Evində Liviyadakı vəziyyətin nizamlanması ilə bağlı Rusiya-Türkiyə danışıqları başlayıb. Danışıqlara daha sonra  Liviya tərəflərinin nümayəndələri də qatılacaq.

SalamNews RT-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Rusiya və Türkiyə prezidentləri (Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan) arasında İstanbulda əldə edilmiş razılaşmalara uyğun olaraq, bu gün Xarici İşlər Nazirliyinin Qəbul Evində Xarici İşlər Nazirliyi  rəhbərləri səviyyəsində Rusiya-Türkiyə görüşü başlayıb", Zaxarova Facebook-da bildirib.

Zaxarovanın sözlərinə görə, Liviya Milli Razılıq Hökuməti (PNC) və Liviya Milli Ordusunun (LNA) nümayəndələri tezliklə danışıqlara qoşulacaqlar.