QAFQAZ » SİYASƏT
16 Yanvar 2020, 15:44 (GMT +4)

KİV: Paşinyan prezidentlik sistemini qaytarmaq niyyətindədir

Bakı, 16 yanvar, SalamNews. Ermənistan KİV-lərinin bu gün yaydığı məlumata görə, hazırda Ermənistanda yeni konstitusiya islahatı ilə məşğul olacaq xüsusi komissiyanın yaradılması ilə bağlı  işlər görülür.

SalamNews xəbər verir ki, "Jamanak" qəzetinin məlumatına görə, xüsusi komissiyanın yaradılması şəxsən Ermənistanın baş naziri Nikol Paşinyanın təşəbbüsü ilə başlanıb.

"Bir çoxları əmindir  ki, komissiya belə bir layihə təqdim edəcək. Buna əsasən Ermənistan prezident idarəetmə sisteminə keçəcək. İdarəetmə sisteminin dəyişib-dəyişməyəcəyini söyləmək çətindir, ancaq dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsindəki mövcud problem həll ediləcək", qəzet yazır.