DÜNYA » SİYASƏT
16 Yanvar 2020, 15:35 (GMT +4)

Hülusi Akar Qasim Süleymaniyə görə İrana başsağlığı verib

Bakı, 16 yanvar, SalamNews, B.Samid. Türkiyənin müdafiə naziri Hülusi Akar İranın İslam İnqilabının Keşikçilər Ordusunun Qüds Korpusunun ABŞ tərəfindən terror edilən komandanı Qasim Süleymaniyə görə İrana başsağlığı verib.

SalamNews Tasnim-ə istinadla xəbər verir ki, Hülusi Akar başsağlığını İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqirilə telefon təmasında verib.

Agentlik bildirib ki, Hülusi Akar Qasim Süleymaninin şəhid edilməsinə görə İran dövlətinə, Silahlı Qüvvələrinə və xalqına başsağlığı verib.

Tərəflər telefon təması zamanı Qasim Süleymaninin terror edilməsindən sonra baş verən hadisələri də müzakirə ediblər.

Hülusi Akar son hadisələr fonunda bölgədə sabitliyin qorunmasını istəyib və bunun bütün ölkələrin lehinə olduğunu deyib.

"Təəssüflər olsun ki, Süleymaninin terror və şəhid edilməsindən sonra bölgədə ardıcıl həssas hadisələr baş verib ki bizi ciddi şəkildə narahat edir." deyə Türkiyə müdafiə naziri bölgədə sabitliyin qorunub saxlanılmasını itəyib.