RUSİYA » SİYASƏT
16 Yanvar 2020, 17:29 (GMT +4)

Rusiya Federasiyası Dövlət Duması Mişustinin baş nazir vəzifəsinə namizədliyini təsdiqləyib

Bakı, 16 yanvar, SalamNews. Dövlət Dumasının deputatları Mixail Mişustinin Rusiyanın Baş naziri vəzifəsinə namizədliyini təsdiqləyib.

SalamNews RT-yə istinadla xəbər verir ki, 383 deputat Mişustinin namizədliyinin lehinə səs verib, əleyhinə səs verən olmayıb. 41 millət vəkili bitərəf qalıb.

“Bu gün parlamentin sizə ciddi dəstəyi var. Ümid edirik ki, prezidentin hökumət qarşısında qoyduğu vəzifələr yerinə yetiriləcək", səsvermədən sonra Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Dövlət Dumasının vitse-spikeri Sergey Neverovun sözlərinə görə, Mişustin "Vahid Rusiya" fraksiyası ilə görüşü zamanı yeni hökumətdə dəyişikliklərin olacağını bildirib.