DÜNYA » SİYASƏT
17 Yanvar 2020, 10:26 (GMT +4)

Pompeo Liviya üzrə Berlin konfransında iştirak edəcək

Bakı, 17 yanvar, SalamNews. ABŞ Dövlət katibi Berlində keçiriləcək Liviya konfransında iştirak edəcək.

SalamNew bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Dövlət katibi, Almaniya və BMT-nin ortaq şəkildə təşkil etdiyi Liviya mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün yanvarın 19-da Berlinə gedəcək", məlumatda deyilir.

Dövlət Departamentinin yüksək vəzifəli bir nümayəndəsi bidirib ki, ABŞ dövlət katibi Liviya ilə bağlı Berlində keçirilən konfransda atəşkəsin davam etdirilməsi və "bütün xarici qüvvələri" ölkədən çıxarılması üzərində çalışacaq.

Onun sözlərinə görə, ABŞ Liviyadakı  münaqişə tərəflərinə problemin dinc yolla həllinə nail olmaqda dəstəyini davam etdirəcək.