AZƏRBAYCAN » CƏMİYYƏT
17 Yanvar 2020, 13:18 (GMT +4)

Rusiyanın Sverdlovsk vilayətindən 38 azərbaycanlı deportasiya edilib

Bakı, 17 yanvar, SalamNews. 2019-cu ildə  Rusiyanın Sverdlovsk vilayətindən 38 azərbaycanlı miqrant deportasiya edilib.

SalamNews -un məlumatına görə, son bir ildə bu bölgədəki məhkəmə icraçıları Rusiya Federasiyasının miqrasiya qanunlarını pozan iki mindən çox qeyri-qanuni əcnəbini qovublar.

Onların arasında 1028 Tacikistan vətəndaşı, 838 nəfər Özbəkistan, 227 nəfər Qırğızıstan, habelə Venesuela, Gürcüstan, Misir, Kamerun, Çin, Nigeriya, Türkmənistan və Xorvatiyanın bir və ya iki vətəndaşı var.

Onlar yalnız beş il sonra Rusiyaya qayıda bilərlər.