DÜNYA » SİYASƏT
20 Yanvar 2020, 11:51 (GMT +4)

Pompeo və Çavuşoğlu Berlində danışıqlar aparıb

Bakı, 20 yanvar, SalamNews. ABŞ dövlət katibi Mayk Pompeo Berlində  Liviyadakı vəziyyətin həlli yolları ilə bağlı Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu ilə danışıqlar aparıb. SalamNews xəbər verir ki, bu barədə Pompeo "Twitter"də yazıb.

"Bu gün Berlində, Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə Liviya sülh prosesini müzakirə etdim" deyə Pompeo  yazıb.

Onun sözlərinə görə, tərəflər Liviyada rəsmi atəşkəs rejiminin təmin olunması və atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün etibarlı bir mexanizmin yaradılması barədə razılığa gəliblər.